Vüsal İsgəndərli “Boluspor”da

Xəbərlər
3 Yanvar 2024 22:06
315
Vüsal İsgəndərli “Boluspor”da

Azərbaycanlı futbolçu Vüsal İsgəndərli “Boluspor”da çıxış edəcək.

İdman.biz xəbər verir ki, o, Türkiyə klubu ilə 1,5 illik müqavilə imzalayıb.

Albaniya çempionatında “Eqnatiya”da çıxış edən Vüsal karyerasını Türkiyədə davam etdirməyə qərar verib. 28 yaşlı yaşlı 1-ci Liqada mübarizə aparan "Boluspor"da oynayacaq. O, bu mövsüm Liqada çıxış edəcək üçüncü azərbaycanlı olacaq. Vüsala kimi Çosqun Diniyev "Ümraniyəspor", Bəxtiyar Həsənəlizadə "Tuzlaspor"un şərəfini qoruyurdu.

Qeyd edək ki, “Boluspor” 17 turdan sonra 22 xalla 10-cu pillədə qərarlaşıb.

İdman.biz