Utziq yenidən Azərbaycanda - bu dəfə "Zirə"də

Xəbərlər
6 Yanvar 2024 19:27
226
Utziq yenidən Azərbaycanda -  bu dəfə "Zirə"də

Azərbaycan Premyer Liqası təmsilçisi “Zirə” yeni futbolçu ilə anlaşıb.

İdman.biz xəbər verir ki, paytaxt klubu Rafael Utziqi heyətə cəlb edib.

27 yaşlı hücumu ilə 1,5+1 illik müqavilə imzalanıb. Utziq Azərbaycana yad futbolçu deyil. O, “Qəbələ”nin heyətində çıxış edib.

Qeyd edək ki, braziliyalı futbolçu karyerası ərzində ölkəsinin “Foz do İqausu”, “Kaskavel”, “Ypiranqa”, “Parana”, “Sianorçe” klublarının şərəfini qoruyub. Utziqin son klubu Cənubi Koreyanın “Sunqnam Asan” klubu olub.

İdman.biz