Mahir oynayıb, “Dinamo” qalib gəlib

Xəbərlər
6 Yanvar 2024 20:41
317
Mahir oynayıb, “Dinamo” qalib gəlib

Mahir Emrelinin çıxış etdiyi “Dinamo” (Zaqreb) yoxlama oyununda qüvvəsini sınayıb.

İdman.biz xəbər verir, Azərbaycan yığmasının futbolçusu “Roqaska” klubuna qarşı çıxış edib.

Mahirin ilk dəqiqədən forma geyindiyi oyunda komandalar 30 dəqiqədən ibarət 3 hissədə mübarizə aparıblar. Xorvatiya çempionu Sloveniya təmsilçisinə 1:0 hesabı ilə qalib gəlib. Yeganə qol 30-cu dəqiqədə vurulub. Qələbə topunun müəllifi Kulenoviç olub.

Qeyd edək ki, Mahirin “Dinamo”dan ayrılacağı xəbərləri yayılsa da, yekun qərar verilməyib.

İdman.biz