“Qarabağ”ın rəqibi 90+8-ci dəqiqədə qələbəni qaçırıb - VİDEO

Xəbərlər
7 Yanvar 2024 02:41
344
“Qarabağ”ın rəqibi 90+8-ci dəqiqədə qələbəni qaçırıb - VİDEO

“Qarabağ”ın Avropa Liqasının pley-offundakı rəqibi “Braqa” Portuqaliya Liqasında növbəti görüşünü keçirib.

İdman.biz xəbər verir ki, komanda 16-cı turda “Gimrayanş”la heç-heçə oynayıb.

“Braqa” öz meydanında 90+8-ci dəqiqədə qələbəni əldən verib. Komanda özündən 1 pillə geridə olan “Gimaraynş”la görüşdə Viktor Karvalyonun qolu ilə hesabı açıb. Sonda qonaq komanda Mendeslə bərabirlik qolunun müəllifi olub.

Qazanılan 1 xal “Qarabağ”ın rəqibini 4-cü pillədə saxlayıb. Artur Jorjenin yetirmələri 33 xalla 3-cü pillədə qərarlaşan “Portu”dan 2 xal geri qalırlar.

Qeyd edək ki, “Braqa” növbəti görüşünü səfərdə məhz “Portu”ya qarşı keçiriəcək. Oyun yanvarın 14-də baş tutacaq.

Portuqaliya Liqası
16-cı tur

Braqa – Gimaraynş – 1:1