“Səbail”in ilk oyununun vaxtı dəqiqləşib

Xəbərlər
8 Yanvar 2024 19:12
253
“Səbail”in ilk oyununun vaxtı dəqiqləşib

Azərbaycan Premyer Liqasının təmsilçisi “Səbail” Antalyada hazırlığını davam etdirir.

İdman.biz xəbər verir ki, komanda yanvarın 12-də ilk yoxlama oyununu keçirəcək.

Şahin Diniyevin komandası Rumnıniya Superliqasında yarışan “Universitatea Cluj”la üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. Qarşılaşma “İS Santai Hotel”inin meydançasında keçiriləcək.

Qeyd edək ki, komandanın Antalya hazırlığı yanvarın 5-də start götürüb.

İdman.biz

Məqalədə: