“Qəbələ”nin legioneri: “III dövrədən başlayaraq daha yaxşı çıxış edəcəyik”

Xəbərlər
8 Yanvar 2024 21:14
277
“Qəbələ”nin legioneri: “III dövrədən başlayaraq daha yaxşı çıxış edəcəyik”

“Bərpa prosesindən keçdiyim müddətdə komandamızın mövsümün ilk yarısındakı bütün oyunlarımı izləmişəm. İkinci yarıda “Qəbələ”yə qoşulmaq və komandaya kömək etmək üçün özümü böyük səylə hazırlayırdım”.

İdman.biz xəbər verir ki, bunu “Qəbələ”nin futbolçusu Feras Abu Akal deyib.

Klubun mətbuat xidmətinə açıqlama verən 27 yaşlı israilli yarımmüdafiəçi zədədən sonra uzunmüddətli bərpa prosesi keçdiyi üçün mövsümün ilk yarısında iştirak etməyib. İkinci yarıya hazırlığını davam edən komandaya qoşulan legioner öz durumu və “qırmızı-qaralar”ın çıxışından danışıb: “Bərpa prosesi çox intensiv keçdi. Hətta bəzən yükləmələrdən ağrılar da yüksək həddə çatırdı. Lakin bu zədə zamanı belə olması normaldır. Bacardığımın ən yaxşısını etdim ki, bərpa prosesini yekunlaşdırım. Hazırda komanda ilə məşqlərə başlamışam. Düşünürəm ki, fevralda oyunlar üçün tam hazır olacağam. Mövsümün əvvəlində komandaya yeni oyunçular qoşuldu. Onların çoxu Azərbaycan çempionatı ilə tanış deyildi. Artıq iki dövrə arxada qalıb. İnanıram ki, 3-cü dövrədən başlayaraq daha yaxşı çıxış edəcəyik. Mən də “Qəbələ”yə gəldiyim ilk dövrədə zəif təsir bağışlayırdım. İkinci yarıda daha güclü oldum. Çünki vaxt keçdikcə liqaya uyğunlaşdım. Həm nəticə, həm də oyun baxımından daha yaxşı olacağımıza inanıram”.

Qeyd edək ki, mövsümün ilk yarısından sonra “Qəbələ” 14 xalla 10-cu pillədə qərarlaşıb.

İdman.biz

Məqalədə: