“Sabah” Rumıniya klubunu məğlub edib - YENİLƏNİB

Xəbərlər
9 Yanvar 2024 20:52
351
“Sabah” Rumıniya klubunu məğlub edib - YENİLƏNİB

Mövsümün ikinci yarısına hazırlığı davam etdirən “Sabah” bu gün yoxlama oyununu keçirib.

İdman.biz xəbər verir ki, Bakı klubu Türkiyənin Antalya bölgəsində təşkil olunan təlim-məşq toplanışı çərçivəsində ilk sınağına çıxıb.

Murad Musayevin yetirmələri Rumıniyanın “Rapid” klubu ilə qarşılaşıblar. Buxarest təmsilçisi ilə “Mardan” İdman Kompleksinin ehtiyat meydançasında baş tutan matç planlaşdırıldığı kimi, Bakı vaxtı ilə saat 18:00-da deyil, 19:00-da start götürüb. Oyun "Sabah"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandanın heyətində Cesse Sekidika və Anatoli Nuriyev fərqləniblər. Rəqib yeganə qolu penalti zərbəsindən vurub.

Qeyd edək ki, “Sabah” Türkiyədə daha bir yoxlama oyunu keçirməyi planlaşdırır.

Yoxlama oyunu
9 yanvar
19:00. “Sabah” – “Rapid” (Rumıniya) - 2:1
Qollar:
Sekidika, 45+1. Nuriyev, 68 - Burmaz, 60 (pen.)

İdman.biz

Məqalədə: