AFFA İcraiyyə Komitəsinin iclasının gündəliyi bəlli olub.
İdman.biz xəbər verir ki, bunu assosiasiyanın mətbuat xidməti açıqlayıb.
Yanvarın 11-də baş tutacaq tədbir Gəncədə keçiriləcək. İclas Saat 14:30-da başlayacaq. Yığıncaqda AFFA-nın Növbəti Hesabat-Seçki Konfransının tarixinin müəyyən ediləcək. Həmçinin, aşağı yaş qruplarından ibarət milli komandaların (U-21 istisna olmaqla) baş məşqçisi vəzifəsinə təyinatlarla əlaqədar müzakirələr aparılacaq.
Tədbirdə digər məsələlərə də baxılacaq.
İdman.biz