İsrailli futbolçu: “Azərbaycandan təklif gəldikdə həyat yoldaşımla düşündük ki, doğru zamandır” - MÜSAHİBƏ

Müsahibə
10 Yanvar 2024 14:05
942
İsrailli futbolçu: “Azərbaycandan təklif gəldikdə həyat yoldaşımla düşündük ki, doğru zamandır” - MÜSAHİBƏ

“Sumqayıt”ın israilli hücumçusu Roi Kehatın İdman.biz saytına müsahibəsi

- 2023-cü ili başa çatdı. Tarixin yaddaşın köçən ilin necə dəyərləndirirsiz?

- 2023-cü il karyeramda və həyatımda çətinliklərlə yadda qaldı. İlk dəfə idi ki, yayda sərbəst oyunçu oldum. Müxtəlif təkliflər alırdım. “Sumqayıt”dan gələn təklifin isə karyeramın bu mərhələsində ən doğru olacağını hiss etdim.

- Onda qərarı fikirləşmədən verdiz?

- Təklifi alan kimi Azərbaycan çempionatı və “Sumqayıt” barədə məlumat toplamağa başladım. Əvvəl bu klubda oynayan Əmir Ağayevlə əlaqə saxladım. O, Azərbaycan və komanda haqqında ancaq xoş sözlər dedi. Həyat yoldaşımla İsraildən xaricə köçmək barədə danışanda ikimiz də düşündük ki, bu, doğru zamandır. Bakı da ailəm üçün çox qonaqpərvər yer oldu. Yeni gəldikdə uşaqlar üçün asan deyildi. Çünki onlara uyğunlaşmaq, dil öyrənmək və uzun müddətdən sonra ölkəni tərk etmək çətin idi. Lakin günlər və həftələr keçdikcə, burada özlərini əla hiss edirlər və buranı sevirlər.

- Bəs siz Azərbaycanda ən çox nələri bəyənirsiz?

- İnsanların çoxunun ingilis dilində danışa bilməməsinə rəğmən belə qonaqpərvər olmasını. Həmişə kömək üçün əllərindən gələni edirlər, amma çox emosionaldırlar.

- “Sumqayıt”ın Antalyada hazırlıqları necə gedir?

- Hazırlıqlar ən yüksək səviyyədədir. Mövsümün ikinci yarısına güclü və formada qayıtmaq üçün hər gün çox çalışırıq. Komanda getdikcə bir-birinə daha çox uyğunlaşır və istədiyimiz kimi oynaya bilmək üçün çalışırıq.

- 2024-cü ildən nə gözləyirsiz?

- İlk növbədə komandanın oyunlarda qalib gəlməsinə kömək etmək istəyirəm. Qısa müddətli hədəflər qoymağı xoşlayıram, ona görə də hər həftə qarşıdakı matça fokuslanıram.

- Hazırda klubun ən məhsuldar oyunçususuz. Bunu sonadək davam etdirə biləcəksiz?

- Özümə inanıram və daha çox qol vuraraq komandamın qalib gəlməsi üçün əlimdən gələni edəcəyəm. Amma konkret hədəflədiyim gol sayı yoxdur.

- Fasilə dövründə təkliflər almamışdız?

- Vəziyyətimi soruşan komandalar var, Sumqayıtda hələ il yarımlıq müqaviləm qalıb və burada xoşbəxtəm. Əgər məni istəyirlərsə, “Sumqayıt”a müraciət etməlidirlər.

Emin Ağa
İdman.biz