Mario Balotelli Azərbaycan klubunun hədəfində – agentinə zəng olunub

Xəbərlər
10 Yanvar 2024 14:31
1 797
Mario Balotelli Azərbaycan klubunun hədəfində – agentinə zəng olunub

İtaliya milli komandasının sabiq futbolçusu Mario Balotelli Azərbaycandan təklif alıb.

İdman.biz xəbər verir ki, bunu 34 yaşlı hücumçunun agenti Entso Rayola açıqlayıb.

O bildirib ki, “Adana Demirspor”dan ayrılandan sonra klubsuz qalan Marionu müxtəlif ölkələrin komandaları öz heyətində görmək istəyir. Rayola futbolçunun keçidi üçün Azərbaycandan da onunla əlaqə saxladıqlarını qeyd edib: “Mənə çox zənglər gəlir. Mario İtaliyaya qayıtmaq istəyir. O, A seriyasında oynamağı xəyal edir. İsrail, Azərbaycan, Argentina, Braziliya və Çindən, hər yerdən zəng edirlər”.

Qeyd edək ki, Balotelli “Mançester Siti”, “Milan” və “Liverpul” kimi nəhənglərin formasını geyinib. O, İtaliya millisində 36 oyunda 14 qol vurub.

İdman.biz

Məqalədə: