Kevin Medina Bakıya qayıdır

Xəbərlər
10 Yanvar 2024 15:25
257
Kevin Medina Bakıya qayıdır

“Qarabağ”ın müdafiəçisi Kevin Medinanın durumu bəlli olub.

Azərbaycan çempionundan İdman.bizə verilən məlumata görə, 30 yaşlı futbolçu müalicəsini Portuqaliyada məşhur xəstəxanaların birində davam etdirir.

O, hazırda bərpa prosesindədir və Bakıda yanvarın 15-də gələcək. Burada klubun həkimlər ilə məsləhətləşmələrdən sonra yekun qərar veriləcək. Qərara əsasən, Medinanın müalicəsini Bakıda, yoxsa Portuqaliyada davam etdirməsinə də aydınlıq gələcək.

İlkin məlumatlara görə, kolumbiyalı məşqlərə martda qoşula bilər. Lakin yekun qərar təkrar müayinədən sonra dəqiqləşəcək.

Qeyd edək ki, Avropa Liqasının “Molde” ilə səfər qarşılaşmasında zədələnən Medina oyunu yarımçıq tərk edib. Sağ bud tendon vətəri qopan futbolçu əməliyyatını Finlandiyada həyata keçirib.

Banuçiçək Hüseynli
İdman.biz