Azərbaycan millisinin və “Neftçi”nin kapitanı Emin Mahmudov Türkiyə “Kocaelispor”undan təklif alıb.
İdman.biz xəbər verir ki, 1-ci liqa təmsilçisi 31 yaşlı yarımmüdafiəçi ilə görüşərək şəxsi müqaviləsinin detallarını razılaşdırıb.
Futbolçunun özü ilə razılığa gələn Kocaeli klubu onun transferi üçün “Neftçi” ilə ortaq məxrəcə gələ bilməyib. Liderini satmaqda maraqlı olmayan Bakı klubu böyük məbləğ tələb edib. Bu rəqəm türkiyəliləri razı salmayıb.
Türkdilli ölkələrdən bir futbolçunun legioner sayılmaması şərtindən yararlanmaq istəyən “Kocaelispor” Eminin transferi alınmadıqdan sonra Ramil Şeydayevin keçidini reallaşdırıb.
Qeyd edək ki, Türkiyə klubu hücumçu ilə 1,5 illik müqaviləni razılaşdırıb.
İdman.biz