Əfran İsmayılov: “İnanıram ki, minifutbolun qarşısında durmaq olmayacaq” - VİDEO

Müsahibə
11 Yanvar 2024 17:50
828
Əfran İsmayılov: “İnanıram ki, minifutbolun qarşısında durmaq olmayacaq” - VİDEO

“Futzalçıların minifutbola gəlməsi həqiqətən də idmanın bu növünə mənfi təsir göstərir. Futzalda hazırda 6-7 komanda var. Həqiqətən də üzücüdür”.

Bunu İdman.bizin multimedia layihəsinin qonağı olan Azərbaycan millisinin və “Qarabağ”ın sabiq futbolçusu Əfran İsmayılov deyib.

Veteran futbolçunun sözlərinə görə, bunun əsas səbəbi maliyyədir: “Çempionatın daha maraqlı, daha keyfiyyətli olması üçün maliyyə önəmlidir. Bunu minifutbol yarada bildi. Azərbaycanda ən yaxşı oyunçuların yarıdan çoxu ordadır. Azarkeşlər də minifutbola maraq göstərir. Azərbaycan millisinin sabiq üzvlərinin orda iştirak etməyi də bunda rol oynadı. FİFA və UEFA-dan lisenziyalar alınsa, inanıram ki, minifutbolun qarşısında durmaq olmayacaq. Bəlkə də böyük futbola daha çox yaxınlaşacaq”.

Qeyd edək ki, Azərbaycan milli komandasının sabiq futbolçularının forma geydiyi, Əfran İsmayılovun kapitanı olduğu “İnter” klubu Azərbaycan Minifutbol Liqasında 5 turdan sonra 7 xalla 8-ci pillədə qərarlaşıb.

İdman.biz