“Qarabağ”dan 7 qol

Xəbərlər
11 Yanvar 2024 20:24
484
“Qarabağ”dan 7 qol

Mövsümün ikinci yarısının hazırlığını davam etdirən “Qarabağ” yoxlama oyunu keçirib.

İdman.biz xəbər verir ki, Qurban Qurbanovun yetirmələri “Qarabağ-2” ilə üz-üzə gəlib.

Yanvarın 5-də qış toplanışına start verən Premyer Liqa klubu 7:2 hesablı qələbə qazanıb. “Qarabağ”ın heyətində Leandro Andrade, Olavio Juninyo və Abdullah Zubir birinci hissədə fərqləniblər. Fasilədən sonra Nəriman Axundzadə və Hamidu Keyta dubl müəllifi olublar.

Qeyd edək ki, “Qarabağ” yanvarın 15-də “Zirə” ilə yoxlama oyunu keçirəcək.

Yoxlama oyunu
11 yanvar
“Qarabağ” – “Qarabağ-2” – 7:2
Qollar:
Leandro Andrade, Olavio Juninyo, Abdullah Zubir, Nəriman Axundzadə (2), Hamidu Keyta (2) - Musa Musazadə, Nurlan Şabanov

İdman.biz

Məqalədə: