Medina məşqə başlayıb

Xəbərlər
13 Yanvar 2024 00:32
335
Medina məşqə başlayıb

"Qarabağ"ın müdafiəçisi Kevin Medina fiziki məşqlərə start verib.

İdman.biz xəbər verir ki, 30 yaşlı futbolçu bu barədə sosial şəbəkə paylaşım edib.

Paylaşımda bu fikir yer alıb: "Bütün proqnozlara qarşı". Yüngül hərəkətlərlə məşqlərə start verən Medina yanvarın 15-də Bakıya gələcək. Onun klubun həkimləri ilə məsləhətləşmələrdən sonra hazırlıq planı ilə bağlı yekun qərar veriləcək. Qərara əsasən, Medinanın müalicəsini Bakıda, yoxsa Portuqaliyada davam etdirməsinə də aydınlıq gələcək.

Qeyd edək ki, Avropa Liqasının "Molde" ilə səfər qarşılaşmasında zədələnən Medina oyunu yarımçıq tərk edib. Sağ bud tendon vətəri qopan futbolçu əməliyyatını Finlandiyada həyata keçirib.

İdman.biz