Şahruddin Məhəmmədəliyev 4 oyundan sonra məğlubiyyət acısı yaşayıb.
İdman.biz xəbər verir ki, onun çıxış etdiyi “Adana Dəmirspor” “Rizəspor”a uduzub.
Start heyətində yer alan Şahruddin komandasını məğlubiyyətdən xilas edə bilməyib. Meydan sahibləri 54-cü dəqiqədə oyunun taleyini həll edən yeganə qolu vurublar. Adana klubu 4 turdan sonra səfərdə uduzub.
Qeyd edək ki, “Adana Dəmirspor” 20 oyundan sonra 29 xalla 6-cı pillədə qərarlaşıb.
İdman.biz