Taşkının debütü uğurlu alınıb

Xəbərlər
14 Yanvar 2024 17:12
369
Taşkının debütü uğurlu alınıb

Azərbaycan yığmasının üzvü Sertan Taşkın Türkiyə 1-ci Liqasında debüt edib.

İdman.biz xəbər verir ki, “Manisa” klubuna keçən 26 yaşlı müdafiəçinin ilk oyunu uğurlu alınıb.

Taşkının komandası 18-ci turda öz meydanında “Kocaelispor”a 2:1 hesabı ilə qalib gəlib. Start heyətində meydana çıxan Sertan 90 dəqiqə mübarizə aparıb. Manisalılar 3 turdan sonra 3 xal qazanıblar. Bu qələbədən sonra “Manisa” 22 xalla 10-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının birinci hissəsini “Turan Tovuz”da keçirən Taşkın sərbəst agent kimi “Manisa” klubu ilə müqavilə imzalayıb.

İdman.biz