“Qəbələ”nin yeni transferi Misir yığmasını məyus edib

Xəbərlər
15 Yanvar 2024 00:23
267
“Qəbələ”nin yeni transferi Misir yığmasını məyus edib

“Qəbələ”nin futbolçusu Klesio Bauk Afrika Millətlər Kubokunda (AFK) fərqlənib.

İdman.biz xəbər verir ki, o, Mozambik yığmasının heyətində Misir komandasının qapısına qol vurub.

AFK-nin qrup mərhələsinin ilk oyununda meydana sonradan daxil olan Bauk mozambikliləri hesabda önə keçirib. Amma onun çıxış etdiyi yığma güclü Misirlə görüşdə qələbə hesabını qoruya bilməyib. Məhəmməd Salan 90+7-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirərək, hesabı bərabərləşdirib – 2:2

Mozambik yığması növbəti görüşdə Kape Verde ilə münasibətlərə aydınlıq gətirəcək.

Qeyd edək ki, Klesio “Qəbələ”yə qış fasiləsində qoşulub. O, 2019/2020-ci illər mövsümündə də Azərbaycanda çıxış edib. Bauk o vaxt Qəbələ klubunun heyətində 22 oyunda 3 qol vurub.

İdman.biz