Qurbanovun təklifi Sadıqovu qane edib

Xəbərlər
15 Yanvar 2024 22:54
282
Qurbanovun təklifi Sadıqovu qane edib

“12 günlük təlim-məşq toplanışımızı bu gün başa vurduq”.

İdman.biz xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Qarabağ”la yoxlama oyunundan sonra deyib.

0:4 hesabı ilə uduzan “qartallar”ın çalışdırıcısı bütün oyunçulara şans verdiyini bildirib: “Matçdan əvvəl Qurban müəllim təklif etdi ki, 4 hissəli oyun keçirək, bütün futbolçular meydana çıxa bilsin. Bu təklif bizi də qane edirdi. Sevindirici haldır ki, futbolçularımızın hamısı 65-70 dəqiqə oynadılar. Bundan sonra oyun həftəsinə giririk. Son hazırlıqlarımız olacaq”.

Qeyd edək ki, “Zirə” ilk yoxlama qarşılaşmasında “Araz-Naxçıvan”a 2:1 hesabı ilə qalib gəlib.

İdman.biz