“Qarabağ”ın Avropa Liqasının pley-offundakı rəqibi “Braqa” Joau Vaskonselosla müqavilə imzalayıb.
İdman.biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Klubun yetirməsi olan 18 yaşlı futbolçu ilə 2028-ci il iyunun sonunadək razılıq əldə olunub. Joau bu mövsüm “Braqa B” 10 oyunda 1 qol və 1 ötürmə il, klubun gənclər komandasında isə 6 matçda 4 qol və 2 ötürməlik nəticə göstərib. Vaskonselos Portuqaliyanın U-19 yığmasının Avropa çempionatında finala yüksəlməsində böyük rol oynayıb.
Qeyd edək ki, “Qarabağ”la “Braqa” arasında ilk oyun fevralın 15-də, cavab matçı isə bir həftə sonra Bakıda olacaq.
İdman.biz