Kevin Medina: “Ümid edirəm ki, nəzərdə tutulan vaxtdan daha tez qayıdacam”

Müsahibə
17 Yanvar 2024 14:04
413
Kevin Medina: “Ümid edirəm ki, nəzərdə tutulan vaxtdan daha tez qayıdacam”

“Özümü yaxşı hiss edirəm və hər şey yaxşıdır”.

Bunu İdman.bizə “Qarabağ”ın futbolçusu Kevin Medina deyib.

30 yaşlı kolumbiyalı əməliyyatdan sonra hazırkı durumunu şərh edib. O bildirib ki bütün proseslər planlaşdırıldığı kimi gedir: “Bərpa prosesinin birinci mərhələsini Portuqaliyada keçdim. Yanvarın 15-dən Bakıdayam. Klubumuzun həkimlərinin nəzarəti ilə müalicəmi davam etdirirəm. Ümid edirəm ki, nəzərdə tutulan vaxtdan daha tez sıraya qayıdaraq, komandama kömək edə biləcəm”.

Qeyd edək ki, Avropa Liqasının “Molde” ilə səfər qarşılaşmasında zədələnən Medina oyunu yarımçıq tərk edib. Sağ bud tendon vətəri qopan futbolçu dekabrın 12-də Finlandiyada əməliyyatı olunub. Onun təxminən 3 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Banuçiçək Hüseynli
İdman.biz