“Qış transfer pəncərəsində heyətimizə qatdığımız üçüncü oyunçu olan Ramil Şeydayev hazırda bizimlədir”.
İdman.biz xəbər verir ki, bunu “Kocaelispor”un prezidenti Engin Koyun deyib.
Türkiyə təmsilçisinin rəhbəri Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevlə müqavilə imzalanması mərasimində keçidə münasibət bildirib: “Özü azərbaycanlı olduğuna görə Ramil bizim üçün xüsusi bir dəyər daşıyır. Onun qol kralı olması faktı camiəmizi həyəcanlandırdı. Klubumuza və azarkeşlərimizə xeyirli olsun. Düşünürəm ki, imza atacağı və vurulmasında rolu oynayacağı qollarla komandamıza çempionluq yolunda böyük pay sahibi olacaq”.
Qeyd edək ki, Şeydayev 1-ci liqa klubu ilə 1,5 illik müqavilə imzalayıb.
İdman.biz