Azərbaycan Premyer Liqasnın “Qəbələ” – “Qarabağ” oyunu təxirə salınıb.
İdman.biz PFL-in mətbuat xidmətinə istinadən xəbər verir ki, buna Ağdam klubunun avrokuboklarda iştirakı səbəb olub.
“Qarabağ” quruma rəsmi müraciət edib. “Qəbələ” klubunun razılıq məktubunu nəzərə alan PFL Əsasnaməsinin 6-cı maddəsinin 2-ci bəndini əsas tutaraq belə addım atıb.
“Qarabağ”ın ölkəmizi Avropa Liqasında layiqincə təmsil etməsi məqsədilə Premyer Liqasının XXIII turunun “Qəbələ” – “Qarabağ” oyunu PFL tərəfindən təxirə salınıb. Görüşün oynanılma vaxtı sonra müəyyənləşəcək. Komandaların əvəzedici heyətləri arasında baş tutacaq oyun təqvimə uyğun şəkildə reallaşacaq.
İdman.biz