“Beşiktaş” darmadağın olub - VİDEO

Xəbərlər
20 Yanvar 2024 22:39
256
“Beşiktaş” darmadağın olub - VİDEO

Bu gün Türkiyə Superliqasında 21-ci tura start verilib.

İdman.biz xəbər verir ki, Azərbaycanı təmsil edən futbolçular qələbə qazana bilməyiblər.

Renat Dadaşovun çıxış etdiyi “Hatayspor” səfərdə böyük hesabla uduzub. Şahruddin Məhəmmədəliyevin qapısını qoruduğu “Adana Dəmirspor” isə turu bir xalla başa vurub.

“Beşiktaş” səfərdə darmadağın olub. Debütant “Pendikspor”la qarşılaşmada “qara qartallar” öz qapısından 4 cavabsız top buraxıblar.

Türkiyə Superliqası
21-ci tur

Kasımpaşa – Hatayspor – 3:0
Alanyaspor – Rizəspor – 2:1
Karagümrük – Başakşəhər – 1:1
Adana Dəmirspor – Ankaragücü – 1:1
Pendikspor – Beşiktaş – 4:0

İdman.biz