“Şamaxı”dan ayrılan məşqçi “Qarabağ”da işləyəcək

Xəbərlər
26 Yanvar 2024 00:54
477
“Şamaxı”dan ayrılan məşqçi “Qarabağ”da işləyəcək

Gənc mütəxəssis Vüqar Əsgərli karyerasını “Qarabağ”da davam etdirəcək.

İdman.biz xəbər verir ki, o, Ağdam klubunun idman akademiyasında çalışacaq.

Əsgərli “Qarabağ”ın U-15 komandasına rəhbərlik edəcək. 39 yaşlı mütəxəssisin son iş yeri I Liqa təmsilçisi "Şamaxı" olub. Mövsümün əvvəlindən kluba başçılıq edən məşqçi IX turda istefa verib.

Qeyd edək ki, Əsgərli Azərbaycanın 19 yaşadək qızlardan ibarət milli komandasının baş məşqçisi kimi çalışıb.

İdman.biz