“Qəbələ”də yeni idman direktoru təyin olunub

Xəbərlər
27 Yanvar 2024 12:59
269
“Qəbələ”də yeni idman direktoru təyin olunub

"Qəbələ" İdman Klubunda yeni təyinat reallaşıb.

İdman.biz xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

Səbuhi Səfiyarlı klubun idman direktoru vəzifəsinə təyin olunub.

Əvvəl də "Qəbələ" İK-də çalışmış Səfiyarlı bu gün komandanın məşqindən öncə klub prezidenti Fariz Nəcəfov tərəfindən kollektivə təqdim olunub.

Qeyd edək ki, Premyer Liqanın turnir cədvəlində 10-cu pillədə qərarlaşan "Qəbələ" növbəti oyununu sabah səfərdə "Neftçi"yə qarşı keçirəcək.

İdman.biz