Samir Abasov: “Gərginlik daha da artır”

Xəbərlər
28 Yanvar 2024 18:57
233
Samir Abasov: “Gərginlik daha da artır”

“Panikaya düşməmək lazımdır"

İdman.biz xəbər verir ki, bunu səfərdə “Araz-Naxçıvan”la heç-heçə oynayan “Sumqayıt”ın baş məşqçisi Samir Abasov deyib.

Təcrübəli mütəxəssis 1:1 hesabı ilə başa çatan oyundan sonra qazanılan hər xalın uğurlu olduğunu bildirib. Abasov oyunların daha gərgin keçdiyini qeyd edib: "Futbolçularıma təşəkkür edirəm. Hər qazandığımız xal bizim üçün uğur sayılacaq. Uduzmamaq üçün çox əziyyət çəkdik. Bizim üçün həddindən artıq çətin olacaq. Görürsünüz ki, oyunlar hansı məcrada keçir. Gərginlik daha da artır. Çalışacağıq ki, realist yanaşaq. Xallar itirilməyəcək deyə bir anlayış yoxdur”.

Qeyd edək ki, “Sumqayıt”ın məğlubiyyətsiz oyunlar seriyası 4-ə yüksəlib.

İdman.biz

Məqalədə: