Coşqun Diniyev Türkiyə 1-ci Liqasının 20-ci turunda xal itkisi yaşayıb.
İdman.biz xəbər verir ki, onun formasını geyindiyi “Ümraniyəspor” öz meydanında “Sakaryaspor”la heç-heçə oynayıb.
Start heyətində yer alan Coşqunun komandası qələbə qazanmağa yaxın olub. Ümraniyəlilər 25-ci dəqiqədə Okutanın qolu ilə önə keçiblər. Uzun müddən hesabda öndə olan meydan sahibləri 89-cu dəqiqədə qapılarından top buraxıblar. “Ümraniyəspor” ardıcıl 3-cü görüşdə qələbə qazana bilməyib. Azəarbaycanlı futbolçu 83-cü dəqiqədə əvəzlənib.
Qeyd edək ki, Diniyevin komandası 24 xalla 10-cu pillədə qərarlaşıb.
İdman.biz