Azərbaycan yığmasının futbolçusu “Kocaelispor”da debüt edib.
İdman.biz xəbər verir ki, o, Türkiyə 1-ci Liqasının 20-ci turunda “Altay”a qarşı oyunda start heyətində yer alıb.
Şeydayev 72 dəqiqə meydanda olub. Azərbaycanlı hücumçu 40-cı dəqiqədə sarı vərəqə ilə cəzalanıb. Ramilin komandası səfər matçında 2:0 hesabı ilə qələbə qazanıb.
Qeyd edək ki, “Kocaelispor” 39 xalla 3-cü pillədə qərarlaşıb. Şeydayevin komandası növbəi turda “Adanaspor”la qarşılaşacaq.
İdman.biz