“Bakı”nın sabiq futbolçusu Georgi Demetradze karyerası ərzində ən çox maaş aldığı klubun adını açıqlayıb.
İdman.biz xəbər verir ki, Gürcüstan millisinin keçmiş hücumçusu Ukraynada daha çox qazanıb.
“Kaxeti”, Tiflis “Dinamo”su, “Feyenord”, “Real Sosyedad”, “Alaniya”, Kiyev “Dinamo”su, “Lokomotiv”, Təl-Əviv “Makkabi”si, Kiyev “Arsenal”ı və “Spartak-Sxinvali” klublarında oynamış futbolçu daha yüksək maaşı Donetskdə alıb: “Donetsk “Metallurq”unda. Gözlənilməzdi, amma faktdır! Donetskdə böyük pullar ödənilirdi. Həmin dövr üçün nəhəng məbləğlər idi. Mən Kiyev və ya “Real Sosyedad”dakından iki dəfə çox qazanırdım. İki dəfə üçüncü yeri tutduq”.
Qeyd edək ki, Demetradze 2008-2009-cu illərdə “Bakı”da forma geyinib.
İdman.biz