Nail Kərimov “Qəbələ”dən getməsinin səbəbini açıqlayıb

Xəbərlər
30 Yanvar 2024 14:46
302
Nail Kərimov “Qəbələ”dən getməsinin səbəbini açıqlayıb

“Bu barədə geniş danışmaq istəmirəm”.

Bunu İdman.bizə “Qəbələ”nin baş meneceri vəzifəsindən yenicə ayrılan Nail Kərimov deyib.

18 ildir bölgə klubunda çalışan mütəxəssis postundan ayrılmasının səbəbini açıqlayıb. Onun sözlərinə görə, bu addımı müəyyən müddət düşündükdən sonra atıb: “Hazırda əsas məsələ "Qəbələ"nin Premyer Liqada yerini qoruyub saxlamasıdır. Bu addımı öz istəyimlə, təşəbbüsümlə və həmin məqsədlə atmışam. Uzun müddətdir ki, bu barədə düşünürdük və sonda qərar verdik. Bundan sonra harada fəaliyyət göstərəcəyim barədə fikirləşməmişəm”.

Qeyd edək ki, Kərimov 2006-cı ildən “Qəbələ”nin mətbuat xidmətinin rəhbəri, akademiyanın direktor müavini, rəhbəri və baş menecer kimi fəaliyyət göstərib.

Banuçiçək Hüseynli
İdman.biz