UEFA “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində Azərbaycan klublarına ödəniş edib.
İdman.biz xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
Avropanın ali futbol qurumu “Qarabağ” istisna olmaqla 9 kluba maliyyə dəstəyi göstərib. 2022/23-cü illər mövsümü üçün ayrılmış 1.955.000 (bir milyon doqquz yüz əlli beş min) avro maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb.
Qeyd edək ki, bir neçə gün əvvəl UEFA Avropa Liqasında uğurla çıxış edən "Qarabağ"a 1 milyon 516 min avro ödəniş edib.
İdman.biz