“Qarabağ”la fikir ayrılığı və “Qəbələ”nin yeni idman direktorunun təklifi

Xəbərlər
31 Yanvar 2024 10:53
247
“Qarabağ”la fikir ayrılığı və “Qəbələ”nin yeni idman direktorunun təklifi

“Təklif mənə "Qələbə"nin yeni idman direktoru Səbuhi Səfiyarlı tərəfindən gəldi”.

Bunu İdman.bizə “Qəbələ”nin yeni analitik məşqçisi Rakif Əliyev deyib.

Daha öncə “Qəbələ”nin futbol akademiyasında da çalışan mütəxəssis bildirib ki, məşqçi kimi məhz burada yetişib: “Buna görə də “Qəbələ” mənə çox doğmadır. “Qarabağ”dan ayrılandan sonra mənə bir çox yerlərdən təkliflər gəldi. Hətta Premyer Liqa klublarından da məni dəvət edənlər oldu. Lakin bunların içərisində ən idealı "Qəbələ" oldu”.

"Qarabağ"ın U-15 klubundan ayrılmasına aydınlıq gətirən Əliyev bunu fikir ayrılığının olması ilə əlaqələndirib. Onun sözlərinə görə, lider komandasında da öz istəyi ilə ayrılıb.

Mütəxəssis artıq irəliyə baxmağın vacibliyini də vurğulayıb. O deyib ki, hazırda əsas hədəfi “Qəbələ”ni Premyer Liqada autsayderlikdən xilas etməkdir: “İnanıram ki, komanda kimi bunun öhdəsindən gələcəyik. "Qəbələ"ni son pillədən qurtarmaq çətin olmayacaq. Çünki burada keyfiyyətli futbolçular var və baş məşqçi çox yaxşıdır. Sadəcə, "Qəbələ" layiq olmadığı yerdədir. Biz yenidən həmin dövrümüzə qayıdacağıq və “qara zolaq”dan çıxacayıq”.

Qeyd edək ki, Premyer Liqada 10-cü yerdə olan “Qəbələ” 20 oyundan 14 xal toplayıb.

Banuçiçək Hüseynli
İdman.biz