“Sabah” Musayevin köməkçilərini də yola salıb

Xəbərlər
1 Fevral 2024 14:15
282
“Sabah” Musayevin köməkçilərini də yola salıb

Baş məşqçi Murad Musayevlə yollarını ayıran “Sabah” onun rəhbərlik etdiyi korpusdakı legioner mütəxəssislərlə də vidalaşıb.

Klubdan İdman.bizə verilən məlumata görə, rusiyalı çalışdırıcının özü ilə komandaya gətirdiyi əcnəbilər də Bakı təmsilçisi ilə vidalaşıb.

Baş məşqçinin köməkçiləri Artur Olenin, Vitali Korneyev, fikizi hazırlıq üzrə məşqçi Aleksey Malaxov, videoanalitik Aleksandr Pançuk “Sabah”dan ayrılıblar. Digər köməkçi məşqçi
Ruslan Qafitullin, qapıçılar üzrə məşqçilər Vitali Kovalyov, Elxan Həsənli, həmçinin texniki personalın digər üzvlərinin taleyinə yeni baş məşqçinin təyinatından sonra aydınlıq gələcək.

Qeyd edək ki, 2021-ci il oktyabrın 30-da “Sabah”la müqavilə imzalayan Musayev bu gün istefa verib.

İdman.biz