Murad Musayev: “Sabah” rəhbərliyi barədə çox danışa bilərəm”

Xəbərlər
1 Fevral 2024 17:00
346
Murad Musayev: “Sabah” rəhbərliyi barədə çox danışa bilərəm”

“Sabah” rəhbərliyi ilə istefa verən baş məşqçisi Murad Musayev arasında münaqişə baş verməyib.

İdman.biz xəbər verir ki, bunu rusiyalı mütəxəssisin özü açıqlayıb.

Bu gün Bakı klubundan ayrılan Musayev Rusiya mətbuatına açıqlamasında rəhbərliklə yola getməməsi xəbərlərini təkzib edib: “Mətbuatda mənim rəhbərliklə münaqişədə olduğum deyilirdi? Klub rəhbərliyi ilə əla münasibətlərim var. Hətta ideal demək olar. Klubda keçirdiyim hər gün onların dəstəyini hiss edirdim. Kluba gəlməmişdən verilən bütün vədlərə əməl olunmuşdu: klubun inkişafı, maliyyə öhdəlikləri. Mən “Sabah” rəhbərliyi barədə çox danışa bilərəm. Bu, yalnız müsbət ifadələr olacaq”.

Qeyd edək ki, Musayev iki ildən artıq müddətdə rəhbərlik etdiyi “Sabah”ı 87 oyuna çıxarıb.

İdman.biz