Musayevin “Sabah”dan sonrakı planları bəlli olub

Xəbərlər
1 Fevral 2024 17:23
470
Musayevin “Sabah”dan sonrakı planları bəlli olub

“Sabah”ın baş məşqçisi postundan istefa verən Murad Musayevin gələcək planları bəlli olub.

İdman.biz xəbər verir ki, bunu rusiyalı mütəxəssisin özü açıqlayıb.

O, Rusiya mətbuatına açıqlamasında tezliklə işə başlamaq arzusunu dilə gətirib: “Mənim indiki planım ailəmlə istirahətə yollanmaqdır, sonra nə olacağına isə baxarıq. Əlbəttə, idealda bir aydan sonra yenidən işə başlamaq istəyərdim. Amma heç də həmişə belə olmur. Məşqçilikdə iş üçün nə vaxt maraqlı təklif alacağını bilmirsən. Düşünürəm ki, mənə bir ay kifayətdir”.

Qeyd edək ki, bu gün istefa verən Musayevin “Alaniya”nın baş məşqçisi təyin olunacağı ilə bağlı iddialar yayılıb.

İdman.biz