Rahil Məmmədov Antalyanı məğlubiyyətsiz tərk edir

Xəbərlər
2 Fevral 2024 19:34
304
Rahil Məmmədov Antalyanı məğlubiyyətsiz tərk edir

Azərbaycanlı futbolçu Rahil Məmmədovun çıxış etdiyi LKS Antalyada sonuncu yoxlama oyununda qüvvəsini sınayıb.

İdman.biz xəbər verir ki, Lodz klubu “Struqa”nı (Makedoniya) 4:3 hesabı ilə məğlub edib.

Məmmədov bu qarşılaşmada start heyətində yer alıb. Bu, LSK-in təlim-məşq toplanışı çərçivəsində 4 matç keçirib. olub. Rahilin komandası bundan əvvəl "Atırau" (1:0), "Qanqvun" (3:2), "Radniçki 1923" (1:1) ilə görüşlərdə iki qələbə qazanıb, bir dəfə heç-heçə edib.

Qeyd edək ki, LKS Polşa çempionatının ikinci dövrəsinə fevralın 12-də start verəcək. Rahil Məmmədov “Korona”nın qonağı olacaq.

İdman.biz

Məqalədə: