Bayramov mövsümün rekorduna imza atıb

Xəbərlər
3 Fevral 2024 15:54
334
Bayramov mövsümün rekorduna imza atıb

“Qarabağ”ın futbolçusu Toral Bayramov Azərbaycan Premyer Liqasında mövsümün rekorduna imza atıb.

İdman.biz xəbər verir ki, yarımmüdafiəçi çempionatda 4-cü dəfə penalti zərbəsini dəqiq yerinə yetirib.

O, XXI turun “Səbail”lə hazırda davam edən görüşündə hesabı 11 metrlik cərimə zərbəsindən açıb. “ASCO Arena”dakı penalti ilə Toral belə zərbələrin sayında mövsümün rekordçusu olub.

O, hərəyə üç penaltini dəqiq yerinə yeirən Orxan Əliyevlə Aleksandr Ramalinqomu keçib. Bu futbolçular müvafiq olaraq “Araz-Naxçıvan” və “Səbail”in heyətində fərqləniblər.

Qeyd edək ki, “Qarabağ” hazırda davam edən matçda 1:0 hesabı ilə öndədir.

İdman.biz