Vüsalın komandası 8-ci pilləyə yüksəlib

Xəbərlər
3 Fevral 2024 18:57
263
Vüsalın komandası 8-ci pilləyə yüksəlib

Vüsal İsgəndərli Türkiyə 1-ci Liqasında növbəti oyununu keçirib.

İdman.biz xəbər verir ki, onun çıxış etdiyi “Boluspor” səfərdə qələbə qazanıb.

Bolu klubu 21-ci turda “Keçiörengücü”nün qonağı olub. Oyun qonaq komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Start heyətində yer alan Vüsal 57 dəqiqə meydanda olub.

Qeyd edək ki, ardıcıl 3-cü qələbəsini qazanan “Boluspor” 8-ci pilləyə yüksəlib.

İdman.biz