Şahruddin 7 oyundur qələbə qazana bilmir - VİDEO

Xəbərlər
4 Fevral 2024 17:18
222
Şahruddin 7 oyundur qələbə qazana bilmir - VİDEO

Azərbaycan yığmasının qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyə Superliqasında növbəti məğlubiyyəti alıb.

İdman.biz xəbər verir ki, onun forma geyindiyi “Adana Dəmirspor” səfərdə “Pendikspor”a uduzub.

Superliqanın 24-cü tutu çərçivəsində keçirilən qarşılaşma 2:1 hesabı ilə yekunlaşıb. Məhəmmədəliyev rəqib komandanın iki dəqiq zərbəsini dəf edə bilməyib. Adana klubunun qələbəsiz oyunlar seriyası 7-yə yüksəlib.

Qeyd edək ki, 24 oyundan sonra 31 xal toplayan Şahruddinin komandası 9-cu pillədə qərarlaşıb.

İdman.biz