Elmar Baxşıyev sonuncu pillədən qurtulmağın yolunu deyib

Xəbərlər
4 Fevral 2024 21:16
284
Elmar Baxşıyev sonuncu pillədən qurtulmağın yolunu deyib

“Heyətlə bağlı sıxıntı yaşayırdıq. Amma meydana çıxan oyunçular onları layiqincə əvəz etdi”.

İdman.biz xəbər verir ki, bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının XXI turunda “Zirə” ilə matçdan sonra deyib.

Baxşıyev 1:1 başa yekunlaşan oyunda komandasının oyunundan razı qalıb: “Komandanın performansından razı qaldım. Daha da artırmalıyıq ki, sonuncu pillədən qurtulaq. İtkiləri bilirdik. Müəyyən rotasiyalara getməyə məcbur idik. Boşluqları doldura bildik. Nəticədən əlavə komandanın mübarizəsi məni qane etdi. Ülvi komandanın aparıcı oyunçuarınında biridir. Ondan hər an belə qollar gözləyirik. Qola görə heç bir mükafat vermirik”.

Gənc mütəxəssis yığmadan komandadan zədəli gələn Klesio Bauk haqqında da danışıb. O, afrikalı futbolçunun zədəsi ciddi olmadığını deyib.

Qeyd edək ki, “Qəbələ” 15 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

İdman.biz