Diniyevdən “Qalatasaray”ın futbolçusuna TƏKLİF

Müsahibə
6 Fevral 2024 12:39
1 011
Diniyevdən “Qalatasaray”ın futbolçusuna TƏKLİF

Azərbaycan millisinin futbolçusu Coşqun Diniyevin “Qalatasaray”la oyundan sonra hansı futbolçu ilə formasını dəyişdiyi bəlli olub.

Bunu İdman.bizə müsahibəsində Türkiyənin “Ümraniyəspor” klubunda legioner həyatı yaşayan 29 yaşlı yarımmüdafiəçi açıqlayıb.

Uşaqlıqdan azarkeşi olduğu İstanbul klubu ilə qarşı kubok matçına çıxan Diniyev forma dəyişməkdə maraqlı olmasa da, fanatı olduğu komanda ilə görüşdə bu imkandan yararlanıb. Coşqun Tanquy Ndombeleyə forma dəyişməyi təklif edib: “Mən heç vaxt heç kimdən forma istəməmişəm. Çünki birdən həmin adam “yox” cavabı verər və özümü pis hiss edərəm. Lakin 22-23 il “Qalatasaray” azarkeşi kimi bu fürsəti qaçıra bilməzdim. Bu səbəbdən elə Ndombeleyle formaları dəyişdik. Sağolsun ki, o da bunu yaxşı qarşıladı”.

Qeyd edək ki, “Qalatasaray” – “Ümraniyəspor” matçı meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Diniyev bu görüşdə 90 dəqiqə meydanda olub.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: