Azərbaycan millisinin baş məşqçisi “İnter”ə keçib – 45 yaşında meydana qayıdır

Xəbərlər
6 Fevral 2024 13:46
891
Azərbaycan millisinin baş məşqçisi “İnter”ə keçib – 45 yaşında meydana qayıdır

Çimərlik futbolu üzrə Azərbaycan millisinin baş məşqçisi Zeynal Zeynalov özünü yeni idman növündə sınamaq qərarına gəlib.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Minifutbol Federasiyasının mətbuat xidməti açıqlayıb.

Azərbaycanın futbol, futzal və çimərlik futbolu yığmalarında oynamış 45 yaşlı veteran özünü minifutbolda da sınayacaq. O, “İnter” komandası ilə müqavilə bağlayıb. Universal futbolçu yeni klubunda 9 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Zeynalov futbolçu karyerasını 2010-cu ildə başa vurub.

İdman.biz

Məqalədə: