“Araz-Naxçıvan” sabah Azərbaycan kubokunun final mərhələsinin cavab matçına çıxacaq.
İdman.biz xəbər verir ki, zədəli Abdulla Rzayev “Qəbələ”yə qarşı forma geyinə bilməyəcək.
O, bu gün komandanın son məşqində iştirak etməyib. Əvəzində İqor Ribeyro və Ramin Nəsirli baş məşqçinin şans verəcəyi təqdirdə sabahkı görüşdə meydana çıxacaqlar.
Qeyd edək ki, “Qəbələ” – “Araz-Naxçıvan” oyunu fevralın 9-da Qəbələ şəhər stadionunda keçiriləcək.
İdman.biz