Marek Hamşik: “Azərbaycanın Millətlər Liqasından bizə borcu var”

Xəbərlər
9 Fevral 2024 10:26
1 282
Marek Hamşik: “Azərbaycanın Millətlər Liqasından bizə borcu var”

“Püşkatma daha pis və ya yaxşı ola bilərdi”.

İdman.biz xəbər verir ki, bunu Slovakiya millisinin meneceri Marek Hamşik deyib.

Veteran futbolçu UEFA Millətlər Liqasının püşkü ilə bağlı fikirlərini açıqlayıb. O bildirib ki, C divizionunda Azərbaycan, İsveç və Estoniya ilə yer aldıqları qrupdan mütləq çıxmalıdırlar: “Fikrimcə, İsveç hazırda Rumıniyadan zəifdir, onların oyun üslubu yoxdur və oynadıqları futbol bizə uyğun ola bilər. Azərbaycanın ötən Millətlər Liqasından bizə borcu var. Estoniya isə qrupun autsayderi olacaq”.

Qeyd edək ki, Azərbaycan Millətlər Liqasının 2022/2023 mövsümündə Slovakiyaya Bakıda 0:1 hesabı ilə uduzsa da, səfərdə 2:1 hesabı ilə qalib gəlib.

Emin Ağa
İdman.biz

Məqalədə: