Elmar Baxşıyev: “Daha yaxşı "Qəbələ" görəcəyik”

Xəbərlər
9 Fevral 2024 19:09
199
Elmar Baxşıyev: “Daha yaxşı "Qəbələ" görəcəyik”

“Komanda hər iki hissədə istədiyimiz oyunu göstərməyə çalışırdı. Düşünürəm ki, layiqli qələbə qazandıq”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan kubokunda yarımfinala yüksələn “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev deyib.

Gənc mütəxəssis “Araz-Naxçıvan” üzərində əldə olunan 2:0 hesablı qələbəni şərh edib. Baxşıyev komandasına inandığını və çempionatda çətin vəziyyətdən çıxacaqlarını bildirib: “Daha yaxşı olmağa çalışmaq lazımdır. Futbolçular məşqlərdə bizə bunu nümayiş etdirir. Bilirik ki, bu durumdan çıxmalıyıq. Komandaya inanırıq. Getdikcə nəticə və oyun baxımından daha yaxşı "Qəbələ" görəcəyik. İndiki halda çətin durumdayıq. Amma nə mən, nə də komanda heç bir turniri ayırmır. Hər iki turnirdə sona kimi çalışacağıq. Qismətdə nə varsa, o da olacaq”.

Qeyd edək ki, “Qəbələ” kubokun 1/4 finalının ilk matçında “Araz-Naxçıvan”la 1:1 heç-heçə oynayıb.

İdman.biz