Diniyev səfər qələbəsinə sevinib

Xəbərlər
10 Fevral 2024 00:47
219
Diniyev səfər qələbəsinə sevinib

Azərbaycanlı futbolçu Çosqun Diniyev Türkiyədə qələbə qazanıb.

İdman.biz xəbər verir ki, onun çıxış etdiyi “Ümraniyəspor” 1-ci Liqanın 22-ci turunda “Çorum”a qalib gəlib.

Oyun 1:0 hesabı ilə yekunlaşıb. Coşqunun komandası qələbə topunu 34-cü dəqiqədə vurub. Start heyətində yer alan Diniyev 69-cu dəqiqədə əvəzlənib. “Ümraniyəspor” 4 turdan sonra 3 xal qazanıb.

Qeyd edək ki, bu qələbədən sonra Ümraniyə klubu 27 xalla 10-cu pilləyə yüksəlib.

İdman.biz