Ruslan Qafitullin: “Murad Musayevin tələbkar olması uşaqlara təsir edirdi”

Xəbərlər
11 Fevral 2024 22:17
235
Ruslan Qafitullin: “Murad Musayevin tələbkar olması uşaqlara təsir edirdi”

"Eyni ssenari oldu, dominant "Qarabağ" idi, biz də çalışırdıq ki, birinci və ikinci zonada onları qarşılayaq və əks-hücumlarda oynayaq”.

İdman.biz xəbər verir ki, bunu “Sabah”ın məşqçisi Ruslan Qafitullin deyib.

Baş məşqçi əvəzi Azərbaycan Premyer Liqasının XXII turunda “Qarabağ”la 3:3 hesabı ilə başa çatan oyunu şərh edib. Qafitullin futbolçulara azadlıq verildiyini bildirib: “Murad Musayevin istefasından sonra daha çox psixoloji cəhətdən futbolçularla danışdıq və onlara sərbəstlik verdik. Fərq ondadır ki, bəlkə də, Murad Musayevin tələbkar olması uşaqlara təsir edirdi. Amma İqor Ponomaryov gördü ki, 1:7-dən çətindir və onlara azadlıq verdi”.

Qafitullin son saniyələrdə komandanın qapıçısı Yusif İmanovun səhvi barədə danışıb: “Yusif yaxşı qapıçıdır. Bu gün çox yaxşı seyvləri oldu. Sadəcə emosiyaları ilə bacarmadı. Futbolda belə də olur. Deməzdim ki, İmanova görə heç-heçə oynadıq. Siz də izləyirdiz oyunu. Bizim də hardasa bəxtimiz gətirdi. "Qarabağ"ın epizodları oldu, istifadə edə bilmədi. Heç-heçə yaxşı nəticədir”.

Qeyd edək ki, “Qarabağ” – “Sabah” oyunu 3:3 hesabı ilə yekunlaşıb.

İdman.biz