“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsində rəqibi olan “Braqa” Portuqaliya çempionatında növbəti oyununu keçirib.
İdman.biz xəbər verir ki, Artur Xorxenin yetirmələri XXI tur çərçivəsində Lissabonda “Sportinq”in qonağı olublar.
Görüşdə Azərbaycan çempionunun rəqibi qapısında 5 cavabsız qol görüb.
İlk hissədə 2 qol vuran paytaxt təmsilçisi ikinci yarıda daha 3 dəfə fərqlənib. Darmadağın olmasına baxmayaraq, “Braqa” 40 xalla 4-cü pillədə yerini qoruyub. Portuqaliya çempionatında ilk 2 sırada yer alan komandalardan “Benfika” ilə “Sportinq”in eyni - 52 xalı var.
Qeyd edək ki, fevralın 15-də Avropa Liqasında “Qarabağ” “Braqa”nın qonağı olacaq. Komandalar 1 həftə sonra Bakıda üz-üzə gələcəklər.
İdman.biz