Azərbaycanlı futbolçu Rahil Məmmədovun Polşa çempionatında debütü uğursuz olub.
İdman.biz xəbər verir ki, onun çıxış etdiyi LKS səfərdə “Korona”ya uduzub.
Rahil start heyətində yer aldığı qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Korona” qələbə topunu 90+5-ci dəqiqədə vurub. Azərbaycanın yığmasının futbolçusu oyunu əvəz olunmadan başa vurub.
Qeyd edək ki, LKS 19 oyundan sonra 10 xalla turnir cədvəlinin sonuncu pilləsində yer alıb.
İdman.biz